Bosniya və Herseqovinada helikopter qəzaya uğradı

Bosniya və Herseqovinada helikopter qəzaya uğradı
29 Okt 2026 23:00

Bosniya və Herseqovinadakı Avropa Birliyi Qüvvələrinə (EUFOR) məxsus helikopter Brçko şəhəri yaxınlığında qəzaya uğrayıb. 

News365.az-ın “Klix” portalına istinadən məlumatına görə, hadisə nəticəsində üç nəfər həlak olub.

Qəza nəticəsində mülki şəxslər xəsarət almayıb və infrastruktura heç bir ziyan dəyməyib. İstintaq başlayıb.

Hadisə yerinə polis, yanğınsöndürənlər və təcili yardım briqadaları gəlib və ərazi mühasirəyə alınıb.


Sizin reklam burada
Sizin reklam burada