1977-ci ildə kosmosa göndərilən Voyager 1 və Voyager 2 aparatları bəşəriyyətin tarixini və mədəniyyətini əks etdirən xüsusi qızıl disklər daşıyır.
News365.az xəbər verir ki, disklərdə müxtəlif dillərdə salamlaşmalar, musiqi nümunələri, təbiət səsləri və Yer planetini əks etdirən görüntülər yer alır. Məqsəd mümkün yadplanetli sivilizasiyalara insanlıq haqqında məlumat ötürməkdir.
Voyager 1 2012-ci ildə ulduzlararası məkana daxil olub. Bu missiya insanın yaratdığı texnologiyanın Günəş sistemindən kənara çıxmasının ən mühüm tarixi nümunələrindən biri hesab olunur.