Alimlər kvant kompüterləri üçün yeni nəsil çiplər hazırlamağın yolunu tapıb.
News365.az xəbər verir ki, Almaniyanın NVision şirkəti kvant kompüterlərinin hazırlanmasında istifadə oluna biləcək yeni texnologiya təqdim edib. Tədqiqatçılar adi çiplərin üzərinə xüsusi üzvi molekullardan ibarət nazik təbəqə yerləşdirməklə kvant çipi yaratmağın mümkün olduğunu göstəriblər.
Maraqlıdır ki, kəşf şirkətin tibbi görüntüləmə texnologiyası üzərində apardığı araşdırmalar zamanı ortaya çıxıb. Alimlər yüzlərlə molekulu süni intellekt vasitəsilə analiz edərək uyğun namizədləri seçiblər.
Yeni yanaşma gələcəkdə kvant kompüterlərinin istehsalını daha əlçatan edə bilər. Şirkət artıq ilk çiplərin hazırlanması üçün tərəfdaşlıq qurub.