Deputatdan mühüm təklif

Deputatdan mühüm təklif
12:50

Milli Məclisin bugünkü plenar iclasında “Pulsuz hüquqi yardım haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edən deputat Fazil Mustafa dövlət hesabına hüquqi yardımın göstərilməsi təşəbbüsünü dəstəklədiyini bildirib və sənədin şamil olunma dairəsi ilə bağlı vacib təkliflər irəli sürüb.

News365.az xəbər verir ki deputat vurğulayıb ki, pulsuz hüquqi yardımın tətbiqində əsas meyar vətəndaşın sosial statusu deyil, birbaşa onun maddi imkanı olmalıdır.

F.Mustafanın sözlərinə görə, bu xidmətdən yararlanmaq hüququ yalnız şəhid ailələri, müharibə veteranları və ya digər müəyyən kateqoriyalarla məhdudlaşdırılmamalıdır. pizza

O diqqətə çatdırıb ki, sosial kateqoriyaya aid olmaq hər zaman maddi ehtiyacın göstəricisi sayılmır, belə ki, bir müharibə veteranı yüksek gəlirə malik olduğu halda, heç bir sosial təminat almayan və ailəsinə ayda cəmi 100-200 manat daxil olan vətəndaşın hüquqi yardıma daha çox ehtiyacı yarana bilər.

Təklifini konkretləşdirən Fazil Mustafa ölkədə minimum əməkhaqqının 400 manat olduğunu xatırladaraq, faktiki olaraq gəliri 400 manatdan aşağı olan bütün vətəndaşların pulsuz hüquqi yardım əhatəsinə daxil edilməsinin daha ədalətli yanaşma olacağını bildirib.

Deputat Vəkillər Kollegiyasının bu sahədə həyata keçirdiyi humanist aksiyaları və təşəbbüsləri də müsbət qiymətləndirərək, dövlət tərəfindən ayrılan vəsait hesabına göstərilən xidmətlərin həqiqətən ehtiyacı olan şəxslərə çatmasının vacibliyini qeyd edib.

O, həmçinin qanunvericilikdə ilkin hüquqi yardım ilə peşəkar hüquqi xidmət arasında fərqin aydın müəyyənləşdirilməsini və qanunun daha çox ilkin hüquqi xidmətə yönəldilməsini təklif edib.


Sizin reklam burada
Sizin reklam burada