Oktyabrın 29-da Azərbaycanda polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 39 cinayətin açılması təmin edilib, cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən News365.az-a verilən məlumata görə, axtarışda olan ümumilikdə 97 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 74-ü borclu şəxs qismində axtarışda olub.
Hesabat dövründə narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatın aşkarlanması və götürülməsi ilə bağlı isə 2 fakt müəyyən edilib.
Bundan başqa, polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyi üçün itkin düşmüş şəxs kimi axtarılan 13 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.