İspaniyada qatar qəzasında ölənlərin sayı 74-ə çatıb

İspaniyada qatar qəzasında ölənlərin sayı 74-ə çatıb
22:21

İspaniyanın Toledo əyalətində baş verən dəmir yolu qəzasında həyatını itirənlərin sayı 74 nəfərə yüksəlib.

News365.az xəbər verir ki, daha əvvəl hadisə nəticəsində 69 nəfərin öldüyü bildirilmişdi.

Qəza oktyabrın 28-də səhər saatlarında Kastiliya-La-Mança muxtar icmasının Toledo əyalətindəki Urda yaşayış məntəqəsi yaxınlığında baş verib.

Madrid–Sevilya marşrutu üzrə hərəkət edən iki sərnişin qatarı toqquşub. Qəza zamanı qatarlarda ümumilikdə 540-dan çox sərnişin olub.


Sizin reklam burada
Sizin reklam burada