Almaniyada Roma imperiyasına aid 1800 illik hərbi məbəd aşkarlanıb

Almaniyada Roma imperiyasına aid 1800 illik hərbi məbəd aşkarlanıb
22:00

Almaniyada Roma imperiyasına aid 1800 illik hərbi məbəd aşkarlanıb.

News365.az xəbər verir ki, Almaniyada arxeoloqlar Roma imperiyasının hərbi düşərgəsinin yaxınlığında müharibə tanrısı Marsa həsr edilmiş qədim məbədin izlərini aşkar ediblər.

Tapıntı Roma ordusunun bölgədəki dini inancları və hərbi həyat tərzi haqqında yeni məlumatlar əldə etməyə imkan verir. Məbədin yanında qələbə ilahəsini əks etdirən heykəlin də aşkarlandığı bildirilir.

Arxeoloji kəşf Roma imperiyasının indiki Almaniya ərazisindəki mövcudluğu və hərbi infrastrukturu haqqında tarixi bilikləri genişləndirə bilər. 


Sizin reklam burada
Sizin reklam burada