Ermənistan silahlı qüvvələrində xidmət edən A.Q. adlı hərbçinin meyiti tapılıb.
News365.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan özünün "Telegram" kanalında məlumat paylaşıb.
Mətbuat katibi məlumat verib ki, hərbçi odlu silahdan açılan atəş nəticəsində həlak olub.
Onun sözlərinə görə, hazırda hadisənin bütün təfərrüatının və səbəblərinin müəyyənləşdirilməsi məqsədilə müvafiq araşdırmalara başlanılıb.