Müğənni İzzət Bağırov duet ortağı Aynur Daddaşovanı qısqanc adlandırıb.
News365.az xəbər verir ki, sənətçi bu haqda "Qonaqcanlı" verilişində deyib. O bildirib ki, A.dadaşova hamını qısqanır:
"Çox qısqanc adamdı. Xasiyyəti belədir. 1992-1995-ci illərdə bölgələri gəzib, konsertlər verirdik. Pərəstişkarlarımız olurdu. Hər şeyi qısqanan adamdı. İstəyir ki, hər şey ona məxsus olsun".
A.Dadaşova isə "Dostlarımı, rəfiqələrimi, balalarımı da qısqanıram" deyə, cavab verib.