Almaniyanın paytaxtı Berlində şənbə günü keçirilən etiraz aksiyaları zamanı 60-dan çox şəxs saxlanılıb, 27 polis əməkdaşı xəsarət alıb.
Berlin polisi aksiyalar zamanı ümumilikdə 1,5 minə yaxın əməkdaşın təhlükəsizliyin təmin edilməsinə cəlb olunduğunu bildirib.
Brandenburq qapıları yaxınlığında keçirilən gündüz aksiyasında beş etirazçı saxlanılıb. “Gen Z regelt” gənclər təşəbbüsünün çağırışı ilə təşkil olunan tədbir əsasən insidentsiz başa çatıb.
Lakin daha sonra sol radikalların yürüşü zamanı çoxsaylı asayiş pozuntuları qeydə alınıb.
Qeyd edək ki, etiraz aksiyaları Almaniyanın 30-dan çox şəhərində, o cümlədən Hamburq, Köln, Münhen, Ştutqart və Frankfurtda keçirilib.