ABŞ-da Konqresə keçiriləcək aralıq seçkilərdə indiyədək 50 milyondan çox seçici vaxtından əvvəl səs verib.
Florida Universitetinin hesablamaları əsasında şənbə gününə olan məlumata görə, erkən səsvermədə iştirak edənlərin sayı 50,5 milyona çatıb.
Bu, 2022-ci ildə keçirilmiş aralıq seçkilərlə müqayisədə təxminən 5 milyon nəfər çoxdur.
Erkən səsvermədə iştirakın artımı xüsusilə ənənəvi olaraq Respublikaçılar Partiyasını dəstəkləyən Texas, Alyaska və Kanzas ştatlarında müşahidə olunur. Bu il həmin ştatlarda partiyalar arasında seçici səsləri uğrunda gərgin mübarizə gedir.
Məlumata görə, ABŞ Prezidenti Donald Tramp və həyat yoldaşı Melaniya Tramp da vaxtından əvvəl səs veriblər.
Qeyd edək ki, Tramp daha əvvəl seçki günü şəxsən səs verməyə üstünlük verdiyini bildirmişdi.
Əsas səsvermə noyabrın 3-də keçiriləcək. Seçkilərdə Nümayəndələr Palatasının bütün 435 üzvü və Senatın üçdəbir hissəsi seçiləcək.