Yenə helikopter qəzası: Ölən və yaralananlar var

Yenə helikopter qəzası: Ölən və yaralananlar var
11:10

ABŞ-nin Florida ştatında helikopterin dənizə düşməsi nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.

News365.az xəbər verir ki, ABŞ Sahil Mühafizəsinin sosial media hesabında yayılan məlumata görə, dünən Florida ştatının Mayami şəhəri yaxınlığında, Key Biscayne sahillərində kiçik helikopter dənizə düşüb.

Qəza zamanı helikopterdə olan üç nəfərdən biri həyatını itirib, iki nəfər isə xəsarət alıb.

ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) və Federal Aviasiya Administrasiyası (FAA) hadisə ilə bağlı araşdırmaya başlanıldığını açıqlayıb.


Sizin reklam burada
Sizin reklam burada