"Ermənistan Avrasiya İqtisadi İttifaqından ayrılmaq istəmir" - ŞƏRH

"Ermənistan Avrasiya İqtisadi İttifaqından ayrılmaq istəmir" - ŞƏRH
16:50

Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşması və Avrasiya İqtisadi İttifaqı ilə münasibətləri ətrafında yaranan müzakirələr ölkənin iqtisadi maraqları ilə də bağlıdır. Politoloq Oqtay Qasımovun fikrincə, İrəvan Rusiyanın rəhbərlik etdiyi ittifaqla əlaqələri tamamilə dayandırmaq niyyətində deyil, çünki bu əməkdaşlıq Ermənistana bir sıra iqtisadi üstünlüklər qazandırır.

Oqtay Qasımov bu barədə News365.az-a açıqlamasında danışıb.


Politoloq bildirib ki, Ermənistanın Avropa İttifaqı ilə əlaqələrini genişləndirməsinə dair qanun ötən il qəbul olunsa da, Rusiya və Avrasiya İqtisadi İttifaqının digər üzv ölkələrinin məsələyə münasibəti yalnız 15 ay sonra, seçkilər ərəfəsində gündəmə gəlib. Onun sözlərinə görə, bu zamanlama müəyyən suallar yaradır.

Qasımov hesab edir ki, Ermənistan Avrasiya İqtisadi İttifaqı ilə münasibətləri pozmaqda maraqlı deyil. Çünki ittifaq çərçivəsində gömrük və tarif güzəştləri, sadələşdirilmiş rejimlər, eləcə də Rusiyadan daha ucuz enerji resursları əldə etmək imkanı var.

Politoloqun fikrincə, Ermənistanın son açıqlamaları da məsələnin birdəfəlik bağlanmadığını göstərir. O düşünür ki, tərəflər arasında müəyyən razılaşma əldə olunarsa, müzakirələr dayandırıla və Ermənistana tətbiq edilən məhdudiyyətlər yumşaldıla bilər.

Qasımov qeyd edib ki, bu prosesin nəticəsi tərəflər arasında aparılan danışıqlardan və mümkün razılaşmanın şərtlərindən asılı olacaq.


Sizin reklam burada
Sizin reklam burada