İstilik mövsümü başlayır: 77 min manat ayrıldı

İstilik mövsümü başlayır: 77 min manat ayrıldı
10:50
“Azəristiliktəchizat” ASC istilik mövsümü üçün hazırlıqlara başlayıb.

News365.az-ın xəbərinə görə, qurum istilik mübadilə aparatları və su hazırlığı xidməti üçün kimyəvi məhsullar alır.

ASC bununla bağlı “Fuad-Kimya Servis” MMC ilə müqavilə imzalayıb.

Şirkətə 76 min 820 manat ödəniş ediləcək.

Qeyd edək ki, Bakı şəhəri və respublikanın digər ərazilərində istilik mövsümü yaxın günlərdə - noyabrın 15-də başlayacaq. Payız-qış mövsümü dağ rayonlarında isə 1 noyabr-1 may tarixlərini əhatə edir.


Sizin reklam burada
Sizin reklam burada