Ara seçkilərini kim qazanacaq?

Ara seçkilərini kim qazanacaq?
09:20

Məlum olduğu kimi ABŞ-da ara seçkiləri keçirilir. Hamı, əsasən də dünyanın “mainstream” mediası Demokratların böyük üstünlüklə həm Konqres, həm də Senatı qazanacaqlarını söyləyirlər.

Mövzu ilə bağlı danışan REAL Partiyasının sədri Natiq Cəfərli deyir ki, nəticələr açıqlananda Respublikaçıların üstün olması, və ya, normal, azacıq fərqlə məğlub olduqlarını görsək, şəxsən mən, heç təəccüblənmərəm:

“Bəli, Konqresi, çox güman, Demokratlar qazanacaq, amma, Senatda başa-baş seçki görəcəyik. Məncə, Respublikaçılar çox maraqlı “siyasi mühəndisliklə” məşğuldular – artıq 4-5 aydır ki, bütün xəbərlərdə, məlumatlarda Demokratların üstünlüyü yazılır, asan qalib gələcəkləri deyilir. Bu, tam tərs effekt verə bilər – Demokrat seçicilər arxayınlaşaraq seçkiyə daha az gedə, bunun əksinə Respublikaçı seçicilər daha çox səfərbər ola bilərlər. Görək, maraqlı olacaq...”

News365.az


Sizin reklam burada
Sizin reklam burada