Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
News365.az “Gencexeber”ə istinadən xəbər verir ki, rayonun Todan kəndi ərazisində Mehman Kazımov idarə etdiyi “Lada Niva” markalı avtomobil 100-150 metr hündürlükdən dərəyə yuvarlanıb.
Qəza zamanı avtomobildə sərnişin olan Todan kənd sakini, 64 yaşlı Naqilə Həsənəliyeva ağır xəsarət alıb. Qadın Goranboy Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.
Bildirilir ki, hadisə zamanı avtomobilin sürücüsü maşını saxlayaraq sükan arxasından enibmiş. Bu zaman nqliyyat vasitəsi enişə doğru sürüşməyə başlayıb və sürətlənərək dərəyə yuvarlanıb.
Onu da qeyd edək ki, Naqilə Həsənəliyeva Birinci Qarabağ müharibəsi şəhidi Sirac Həsənəliyevin anasıdır.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Birinci Qarabağ müharibəsi şəhidi Sirac Qulu oğlu Həsənəliyev 1986-cı ildə anadan olub. O, cəmi 6 yaşında olarkən Goranboy rayonunun Todan kəndində həyətdə oynadığı zaman erməni qüvvələrinin atdığı top mərmisinin partlaması nəticəsində şəhid olub.
