Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu
04 Noy 2026 23:20

Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub.

News365.az xəbər verir ki, Şaiq Şükürov xəstəxananın direktoru vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Şaiq Şükürov bu təyinatadək Füzuli Rayon Mərkəzi Xəstəxanasında çalışıb.

Noyabrın 3-də Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub.

O, digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub.


Sizin reklam burada
Sizin reklam burada