Ənvər Həsənovun son durumu açıqlandı

Ənvər Həsənovun son durumu açıqlandı
20 Yan 2025 19:30

Xalq artisti Ənvər Həsənovun vəziyyəti stabildir.


News365.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirib.


Məlumata görə, iki gün bundan əvvəl vəziyyəti stabilləşən xalq artisti tibb müəssisəsinin Nevrologiya şöbəsinə köçürülüb:


“Hazırda həmin şöbədə müalicəsi davam etdirilir, vəziyyəti stabil olaraq qiymətləndirilir”.


Qeyd edək ki, yanvarın 10-da xalq artisti Ənvər Həsənov halının pisləşməsi səbəbilə Xəzər Tibb Mərkəzinin Terapiya şöbəsinə hospitalizasiya olunub. Ona dəqiqləşdirilməmiş anemiya diaqnozu təyin edilib və ilkin zəruri tibbi xidmət göstərilib.


Yanvarın 17-də isə vəziyyətinin ağırlaşması səbəbilə Reanimasiya şöbəsinə köçürülüb. Aparılan diaqnostik müayinələr nəticəsində ona kəskin işemik insult diaqnozu təyin olunub.