Elşad Xosenin ölüm xəbəri yayılıb

Elşad Xosenin ölüm xəbəri yayılıb
19:20

Reper Elşad Xose barədə sosial şəbəkələrdə ölüm xəbəri yayılıb.

News365.az xəbər verir ki, məsələ ilə bağlı Axşam.az-a danışan reper Dado yayılan məlumatın həqiqəti əks etdirmədiyini bildirib.

“Elşadın yaxınları ilə danışmışam. Hər şey qaydasındadır, sağ-salamatdır. Ölməyib. Yaxın vaxtlarda Elşad özü də bununla bağlı açıqlama verəcək”, - deyə Dado qeyd edib.

Qeyd edək ki, bir neçə gün əvvəl Elşadın Maştağada yerləşən Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilməsi ilə bağlı məlumat yayılıb.


Sizin reklam burada
Sizin reklam burada