Elektromobillərə
keçid keçid yaşıl dünya naminə əsas hədəflərdəndir. Son illər ölkə qanunlarında
edilən dəyişikliklər nəticəsində elektromobillərə maraq artmaqdadır.
Bununla belə
hələlik hədəf çatmamışıq. Ölkədə olan 2 milyondan artıq avtomobilin çox cüsi
hissəsi elektromobillərdir.
Mövzu ilə
bağlı News365.az–a danışan ekspert Aqil Məmmədov elektrobobillərin təşviqi
sahəsində Belarus modelindən danışıb:
“Ötən həftə
Belarusa səfər çərçivəsində diqqətimi çəkən əsas məqam şəhərdə elektromobillərə
qarşı tətbiq edilən güzəştlərdi.
Minskdə
elektromobil sahibinin benzillə işləyən maşına sahib olan sürücüdən əhəmiyyətli
üstünlüyü var.
1.
Elektromobilləri digər maşınlardan fərqləndirmək üçün onlara yaşıl rəngdə
qeydiyyat nömrələri verilir.
2.
Elektromobillər şəhər adminstrasiyasına məxsus dayanacaqlarda ödənişsiz
saxlanıla bilər.
3.
Elektromobillərə günün istənilən saatında rahat şəkildə avtobuslar üçün ayrılan
zolaqlardan istifadəyə icazə verilir.
4.
Elektromobillər üçün dayanacaqlarda ayrılan xüsusi yerlər var. Bu yerlər şarj
üçün avadanlıqlarla təmin edilib. Əgər,digər sürücülər bu yerlərdə maşın
saxlayarsa bu ciddi maliyyə sanksiyaları ilə nıticələnə bilər.
Belarusun bu
praktikası uğurludur. Eyni praktikanın Azərbaycanda tətbiq mexanizmini işləyə
bilərik.
News365.az