Elçin Lənbəranskidən ÇAĞIRIŞ: "sosial şəbəkələrdə yaş məhdudiyyəti tətbiq olunmalıdır”

Elçin Lənbəranskidən ÇAĞIRIŞ: "sosial şəbəkələrdə yaş məhdudiyyəti tətbiq olunmalıdır”
12:34

Müəllim nüfuzu və sosial şəbəkələr: Elçin Lənbəranski təhsil və uşaq təhlükəsizliyi ilə bağlı çağırış edib

İctimai fəal Elçin Lənbəranski Tv365 kanalında çıxışı zamanı təhsil sistemi və uşaqların sosial mühitdəki davranışları ilə bağlı narahatlığını ifadə edib.

O bildirib ki, müəllimlərin cəmiyyətdə nüfuzu daha da gücləndirilməli, onlara daha çox səlahiyyət və hörmət verilməlidir. Fəalın sözlərinə görə, valideynlər və müəllimlər arasında balanslı münasibət formalaşmalı, müəllimin tədris prosesində rolu zəifləməməlidir.

Elçin Lənbəranski qeyd edib ki, keçmiş illərlə müqayisədə bu gün müəllimlərin uşaqlarla davranış imkanları məhdudlaşıb və bu da təhsil prosesinə təsir göstərir.

O, çıxışında sosial şəbəkələrin uşaqlara təsirinə də toxunub. Bildirib ki, telefon və internet istifadəsi məktəb yaşlı uşaqlar üçün ciddi informasiya axını yaradır və bu da bəzən neqativ davranışların formalaşmasına səbəb olur.

Fəal əlavə edib ki, sosial şəbəkələrin tam qadağan olunması mümkün olmasa da, yaş məhdudiyyətlərinin tətbiqi və nəzarət mexanizmlərinin gücləndirilməsi vacibdir.

Onun sözlərinə görə, bəzi ölkələrdə olduğu kimi, uşaqların müəyyən platformalara girişinin yaş və şəxsiyyət təsdiqi ilə məhdudlaşdırılması müzakirə edilə bilər.


Sizin reklam burada
Sizin reklam burada