"Düşənbə görüşü Moskva-Bakı dialoqunu yumşaldır"- İlyas Hüseynov

"Düşənbə görüşü Moskva-Bakı dialoqunu yumşaldır"- İlyas Hüseynov
12:52

Düşənbə görüşü Moskva-Bakı dialoqunda ilk addımdır, amma münasibətlərin tam normallaşması hələ erkəndir.

Politoloq, siyasi elmlər üzrə fəlsəfə doktoru İlyas Hüseynov News365.az-a açıqlamasında bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında Düşənbədə baş tutan təkbətək görüş sadəcə dialoqun bərpası deyil, eyni zamanda Moskva ilə Bakı arasında uzun müddətdir donmuş münasibətlərin yumşalmasına işarədir.

Ekspertin sözlərinə görə, görüşün əsas mövzusu son illərin ən ciddi sınaqlarından biri olan AZAL təyyarə qəzasının araşdırılması olub. Putin prezident Əliyevin Bakının üç əsas tələbini faktiki olaraq təsdiqləyib: üzrxahlıq, günahın etirafı və məsul şəxslərin cəzalandırılması ilə təzminat ödənilməsi. Rusiya lideri bildirib ki, faciənin baş verməsində iki səbəb rol oynayıb: Ukrayna pilotsuz aparatlarının sərhədin pozulması və Rusiya hava hücumundan müdafiə sistemində texniki nasazlıqlar.

İlyas Hüseynov qeyd edib ki, Moskvanın mövqeyində müsbət dəyişiklik müşahidə olunur və Rusiya Bakının tələblərini başa düşdüyünü nümayiş etdirir. Eyni zamanda, təyyarə qəzası ilə bağlı yekun qərarın ilin sonuna qədər çıxarılacağı gözlənilir.

Ekspert vurğulayıb ki, iqtisadi əməkdaşlıq məsələlərində vəziyyət fərqlidir və burada siyasət və iqtisadiyyat bir-birindən ayrılır. Təyyarə qəzasının müzakirələrindən sonra diqqət humanitar, ticarət və iqtisadi əlaqələrin inkişafına yönəldilib. Hüseynov əlavə edib ki, dövlət başçısı Putinin nəzarətində aparılan istintaqın obyektiv yekunlaşacağına əminliyini ifadə edib.


Sizin reklam burada
Sizin reklam burada