Dünya çempionatında şok anlar: Messi son anda təhlükədən yayındı

Dünya çempionatında şok anlar: Messi son anda təhlükədən yayındı
14:38

Dünya çempionatı 2026-da 1/8 final mərhələsi indiyədək turnirin ən gərgin və ən keyfiyyətli raundu olmağa namizəddir. Almaniya və Niderland kimi nəhənglərin erkən mübarizəni dayandırması nəticəsində turnirdə sürprizlərin sayı artıb və dörddəbir final uğrunda mübarizə daha da maraqlı hal alıb. Xüsusilə, 1/16 final mərhələsində son çempion, Messili Argentinanın 500 minlik çox kiçik ada dövləti Kabo-Verde qarşısında tarixinin bəlkə də ən böyük şokunu yaşaması və 118-ci dəqiqədə vurduğu qolla biabırçılıqdan qurtulması mundiala əlavə rəng qatıb.



Paraqvay – Fransa cütünün aşkar favoriti Fransadır. Kilian Mbappe başda olmaqla ulduzlarla zəngin heyətə malik "xoruzlar" İsveçi inamlı məğlub edərək 1/8 finala yüksəlib. Paraqvay isə Almaniyanı penaltilər seriyasında mübarizədən kənarlaşdıraraq turnirin ən böyük sensasiyalarından birinə imza atıb. Fransa topa nəzarətdə, fərdi ustalıqda və heyət dərinliyində üstün görünür. Bununla belə, Paraqvayın müdafiə intizamı və əks-hücumları təhlükə yarada bilər. Fransa məşqçisi Didye Deşam da rəqibi düzgün qiymətləndirməməyin yanlış olacağını bildirib. Fransanın dörddəbir final şansı 80% dəyərləndirilir.




Kanada – Mərakeş turnirin ən maraqlı sürpriz cütlərindən biridir. Kanada Cənubi Afrikanı, Mərakeş isə Niderlandı mübarizədən kənarlaşdırıb. Mərakeş son illərdə böyük turnirlərdə qazandığı təcrübə ilə seçilir. Kanada isə doğma qitədə azarkeş dəstəyi və sürətli futbolu ilə diqqət çəkir. Növbəti mərhələ şansı Mərakeşdə 55%, ev sahibi
Kanada isə 45% faiz göstərilir.


Portuqaliya – İspaniya görüşü isə erkən final adlandırılır. Pireney derbisi bütün dünyanın diqqətini üzərinə çəkəcək. Kriştiano Ronaldonun bəlkə də son dünya çempionatında İspaniyaya qarşı çıxması oyuna xüsusi rəng qatır. Portuqaliya Xorvatiyanı, İspaniya isə Avstriyanı məğlub edərək bu mərhələyə yüksəlib. İspaniya daha oturuşmuş kollektiv təsiri bağışlasa da, Portuqaliyanın fərdi ustaları istənilən an oyunun taleyini dəyişə bilər. Portuqaliya inandırıcı oyun sərgiləməsə də, İspaniyaya qarşı çətin anlar yaşadacağı dəqiqdir.
Dörddəbir şansına gəlincə, İspaniya öndədir.


ABŞ ev sahibi kimi, Belçika önündə bu üstünlüyündən maksimum yararlanmağa çalışacaq. Belçika isə təcrübəsi və fərdi keyfiyyəti hesabına təhlükəli rəqib olaraq qalır. Oyunun taleyini xırda detallar həll edə bilər. Dörddəbir finala çıxma ehtimallarında Belçika bir addım irəlidədir.
Norveç – Braziliya duelinə gələk, 1/16 final mərhələsində Norveç Fil Dişi Sahilini, Braziliya isə Yaponiyanı məğlub edib. Erlinq Haalandın liderlik etdiyi Norveç tarixinin ən uğurlu turnirlərindən birini keçirir. Lakin Braziliya böyük oyun təcrübəsi və texniki üstünlüyü ilə açıq favorit sayılır.

İngiltərə – Meksika qarşılaşması

Azteka stadionunda keçiriləcək. Atmosfer baxımından turnirin ən möhtəşəm oyunlarından biri olacağı indidən dəqiqdir. Meksika doğma tribunaların gücünə arxalanacaq, İngiltərə isə heyət keyfiyyəti ilə ön plana çıxır. Hava şəraiti və yüksəklik faktoru ingilislər üçün əlavə çətinlik yarada bilər. Dörddəbir final şansı 60%- 40% civarında ingilislərin xeyrinədir
Misir – Argentina oyunu da çox maraqla gözlənilir. Misir penaltilərlə Avstraliyanı keçərək böyük uğur qazanıb. Dünya çempionu Argentina isə Kabo-Verde ilə dramatik oyundan sonra irəliləyib. Lionel Messinin rəhbərlik etdiyi komanda təcrübəsinə görə aşkar favoritdir.
Kolumbiya – İsveçrə 1/8 mərhələsinin ən balanslı qarşılaşmalardan biridir. Kolumbiya Qananı, İsveçrə isə Əlcəzairi məğlub edib. Hər iki komanda nizam-intizamlı futbol oynayır və əlavə vaxta qədər uzanacaq oyun ehtimalı yüksəkdir. Dörddəbir final şanslarında Kolumbiya 52%, İsveçrə 48%-dir.


Yekun olaraq qeyd edək ki, kağız üzərində Fransa, Braziliya, Argentina və İngiltərə favorit olsalar da, Portuqaliya–İspaniya, ABŞ–Belçika və Kolumbiya–İsveçrə cütlərində nəticəni proqnozlaşdırmaq xeyli çətindir. Bu isə 2026-cı il dünya çempionatının 1/8 final mərhələsini son illərin ən maraqlı pley-off raundlarından birinə çevrilib.


Sizin reklam burada
Sizin reklam burada