Merkuri planetinə səkkiz illik kosmik səyahət başa çatır.
News365.az xəbər verir ki, Avropa Kosmik Agentliyinin BepiColombo missiyası 21 noyabrda Merkuri planetinin orbitinə daxil olma mərhələsinə keçəcək.
2018-ci ildə buraxılan kosmik aparat planetin maqnit sahəsini, daxili quruluşunu və səth xüsusiyyətlərini araşdıracaq. Missiyada Avropa və Yaponiya kosmik agentliklərinin hazırladığı iki elmi aparat iştirak edir.