DİM tələbə adını qazanan abituriyentlərə müraciət etdi

DİM tələbə adını qazanan abituriyentlərə müraciət etdi
10:33

Ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olan abituriyentlər (subbakalavrlar) 9 – 15 sentyabr (saat 18:00-dək), orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlər isə 9 – 17 sentyabr (saat 18:00-dək) 2025‑ci il tarixlərində portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.

News365.az xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri təhsil müəssisəsinə göndərilməyəcəkdir.

Xatırladaq ki, ali təhsil müəssisələrinə qəbulda əsas yerləşdirilmədən sonra qəbul olan abituriyentlər sentyabrın 8-dək (8-də daxil olmaqla) qeydiyyatdan keçməlidirlər.


Sizin reklam burada
Sizin reklam burada