Tələbə fonendoskop almaq üçün qohumundan niyə borc götürür ki...

Tələbə fonendoskop almaq üçün qohumundan niyə borc götürür ki...
09:17
Tibb Universitetinə qəbul olmuş bir gənclə qısa söhbətim oldu. Uşaqlıqdan arzuladığı həkim peşəsinə yiyələnmək üçün ata və anası ilə tarlada səhər işləyib, axşamlar dərs oxuyaraq xəyallarını gerçəkləşdirmək yoluna çıxıb və bu il Azərbaycan Tibb Universitetinə qəbul olub. Bir neçə ildən sonra arzusu reallaşacaq və o, artıq həkim kimi fəaliyyətə başlayacaq.
Amma səhərdən bəri məni düşündürən bir məqamı qeyd etmək istəyirəm. Bu gənc xəyalı üçün yola çıxıb, Bakıya gəlib. Kirayə ev, gündəlik xərclər, kitablar və s. bunların hamısını valideynləri çətinliklə qarşılayır. Hətta dedi ki, əmisi hər ay maaşından bir hissəni göndərir ki, kirayə pulunu ödəsin. Xəyalını qurduğu ağ xalatı və fonendoskopu almaq üçün isə başqa bir qohumundan borc götürüb.
Azərbaycan Tibb Universitetinə hər il təxminən 1000–1200 tələbə qəbul olunur. Məncə, Tibb Universitetinə qəbul edilən birinci kurs tələbələrinə ağ xalat və fonendoskop simvolik olaraq dövlət hesabına verilməlidir. Onsuz da orta hesabla bir xalat və bir fonendoskopun ümumi qiyməti 40–50 manat civarındadır. Topdan alındıqda bu, daha da ucuz başa gələr. Bəlkə simvolikdir, amma gənc tələbə üçün bu, həm də mənəvi dəstək ola bilər.
Fond? Bu təşəbbüsü Azərbaycan Tibb Universitetinin qeyri büdcə vəsaiti və ya İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi hesabına reallaşdırmaq çox asan olardı.
Aqil Məmmədov, ekspert

Sizin reklam burada
Sizin reklam burada