Əgər STEAM üçün resurs yoxdursa...

Əgər STEAM üçün resurs yoxdursa...
09:40

Deməli, bu gün 3-cü sinifdə oxuyan qızımın 5-ci və 6-cı dərsləri STEAM idi. İndi məktəbə gəlmişəm və uşağa sual verirəm ki, STEAM dərsində hansı yeni texnologiyanı öyrəndiniz. Deməli, 9 yaşında uşaqlara 90 dəqiqə ərzində hava şarı düzəltməyi öyrədiblər. Dərsi isə başqa fən tədris edən müəllim keçir. Əgər STEAM üçün resurs yoxdursa, onu dərs proqramına salmağın nə mənası var?

Bu arada dərs üçün işdən sonra “Bravo” marketə gedib karton stəkan və hava şarı almışam. Bir sözlə, xərclədiyimiz vəsaitin nəticəsi budursa, nə mənim, nə də uşağımın belə bir STEAM dərsinə ehtiyacı yoxdur. Gəlin, özümüzü aldatmayaq.

Onun əvəzinə riyaziyyat keçilsin, daha faydalı olar. Trenddə olan adları proqramlara salmaqla süni inkişaf göstərmək heç bir fayda verməz.

Aqil Məmmədov, ekspert


Sizin reklam burada
Sizin reklam burada