Bakıda dəmiryolu stansiyasının yaxınlığında naməlum kişi meyiti tapılıb.
News365.az xəbər verir ki, hadisə Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində qeydə alınıb.
Qəsəbədəki dəmiryolu stansiyasının yaxınlığında təxminən 50 yaşlarında kişiyə məxsus meyit aşkarlanıb.
Məlumata görə, həmin şəxsin təxminən bir ay əvvəl öldüyü ehtimal edilir. Buna görə də meyitdə çürümə prosesi baş verib.
Meyiti aşkarlayan şəxslər dərhal hüquq-mühafizə orqanlarına məlumat veriblər.
Faktla bağlı araşdırma aparılır.