İyulun 19-u axşam ABŞ-nin Ohayo ştatında Sayoto çayında boğulan kişini xilas etməyə çalışan 5 nəfər ölüb.
News365.az xəbər verir ki, bu barədə "Reuters" yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Qeyd olunub ki, iki uşaq da daxil olmaqla 7 nəfərdən ibarət qrup çay kənarında istirahət edirmiş. Böyüklərdən biri suya girib, lakin boğulmağa başlayıb. Digər dörd böyük ona kömək etməyə çalışıb, ancaq nəticədə onların beşi də suyun altında yoxa çıxıb.
Bundan sonra uşaqlardan biri yola qaçaraq yoldan keçən avtomobil sürücüsündən kömək istəyib. Hadisə yerinə gələn xilasedicilər suda iki qadının meyitini aşkar ediblər. Növbəti gün isə üç kişinin meyiti tapılıb.