ngiltərə futbol üzrə dünya çempionatında bürünc medallara sahib olub.
Dünya çempionatının yarımfinalında Fransa ilə qarşılaşan ingilislər 6:4 hesabı ilə qələbə qazanıblar.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən oyunda İngiltərə komandasından Bukayo Saka rəqib qapısından 3 qol keçirib. Digər qolları isə Deklan Rays, Ezri Konsa və Cud Bellinqem vurub.
Fransa yığmasından isə Kilian Mbappe iki qolla yadda qalıb. Bununla da o, bu çempionatda vurduğu qolların sayını 10-a çatdırıb. Onun komanda yoldaşları Bradli Barkola və Usman Dembele isə hərəyə bir dəfə fərqələniblər.
Dünya çempionatının final matçı isə bu gün saat 23:00-da İspaniya və Argentina yığmaları arasında keçiriləcək.