276 nömrəli məktəbin şagirdi Murad İsmayılov Ramil oğlu idmanın güc növlərində qazandığı uğurlarla diqqət çəkir.
News365.az xəbər verir ki, Murad İsmayılov müxtəlif yerli və beynəlxalq yarışlarda iştirak edərək bir sıra yüksək nəticələr əldə edib.
İdmançı 10 may 2025-ci ildə keçirilən “Caspian Power” turnirində “Strict Curl” növü üzrə I yerə layiq görülüb. 7–8 iyun 2025-ci ildə Azərbaycan-Gürcüstan Dostluq Kubokunda 13–18 yaş kateqoriyasında, 60 kq çəki dərəcəsində II yeri tutub.
O, 21 sentyabr 2025-ci ildə keçirilən “Strongmen (Steeltifting) Ölkə Kuboku”nda 60 kq yeniyetmələr kateqoriyasında 55 kq nəticə ilə ölkə kubokunun qalibi olub.
2026-cı ildə də uğurlarını davam etdirən Murad İsmayılov fevralın 1-də keçirilən güc yarışında I yerə, martın 30-da “Strongmen” üzrə Azərbaycan çempionatında isə “Strict Curl” proqramında Azərbaycan çempionu adına layiq görülüb.
İdmançı mayın 31-də Müstəqillik Günü münasibətilə keçirilən turnirdə “Deadlift” növündə 60 kq çəki dərəcəsində 110 kq nəticə göstərərək I yeri tutub.
Murad İsmayılovun son uğuru isə avqustun 23-də Bakıda keçirilən “Eurasia Championship Baku 2026” beynəlxalq çempionatında qeydə alınıb. O, 16–18 yaş kateqoriyasında, 56 kq çəki dərəcəsində iki qızıl medal qazanıb.
Gənc idmançının əldə etdiyi nəticələr onun güc idman növlərində uğurlu çıxış etdiyini göstərir. Murad İsmayılov qarşıdakı yarışlarda da nəticələrini daha da yaxşılaşdırmağı hədəfləyir.
