Rusiyadan Google, Telegram və Pinterestə 22 milyonluq cəza

Rusiyadan Google, Telegram və Pinterestə 22 milyonluq cəza
17:34

Rusiyada Google, Telegram və Pinterest platformaları qadağan olunmuş məzmunları silmədikləri gerekçəsi ilə ümumilikdə 22,8 milyon rubl cərimələnib. Bu məbləğ təxminən 262 min ABŞ dollarına bərabərdir. 


News365.az xəbər verir ki, qərar Moskvadakı Taqanski Rayon Məhkəməsi tərəfindən qəbul edilib. Məhkəmə üç platforma ilə bağlı ayrı-ayrı inzibati işlərə baxıb.


Qərara əsasən, Telegram üç müxtəlif qadağan olunmuş məzmunu silmədiyinə görə 11,4 milyon rubl, Google iki pozuntuya görə 7,6 milyon rubl, Pinterest isə 3,8 milyon rubl cərimə ödəyəcək. 


Bununla yanaşı, Pinterest daha bir hüquqi proseslə üzləşib. Şirkətin platformadan ekstremist fəaliyyətə çağırışlar və uşaqlara aid qadağan olunmuş məzmunları silmədiyi iddia olunur. Bu iş üzrə Pinterest-i 8 milyon rubla qədər əlavə cərimə gözləyə bilər. 


Rusiyada xarici internet platformalarının qadağan olunmuş məzmunun silinməsi ilə bağlı tələblərə əməl etməməsinə görə cərimələnməsi artıq geniş yayılmış praktikaya çevrilib.


Google isə bu sahədə xüsusilə böyük maliyyə sanksiyaları ilə üzləşib. Məlumata görə, şirkətə 2021-ci ilin sonundan etibarən dövriyyəsi əsasında tətbiq olunan cərimələrin ümumi məbləği 29 milyard rublu ötüb. Şirkətin Rusiyadakı icra borcunun isə 20 milyard rubldan çox olduğu bildirilir. 


Sizin reklam burada
Sizin reklam burada