ABŞ-də ildırım vuran şəxs sağ qaldı

ABŞ-də ildırım vuran şəxs sağ qaldı
16:30

Nyu-Yorkun (ABŞ) Steyten-Aylend rayonunda yaşayan kişini ildırım vursa da, sağ qalmağı bacarıb.

News365.az xəbər verir ki, zərərçəkən Tomas Fahmi "NBC News"a açıqlamasında bildirib ki, hadisə avtomobilindən 5 metr aralıda baş verib.

İldırım çaxan an yerə yıxılan kişi hər iki ayağında şiddətli yanğı, göynəmə, keyləşmə və kəskin ağrı hiss etdiyini deyib. Bunun ardınca ABŞ-li ayağa qalxaraq kömək çağırmaq məqsədilə yaxınlıqdakı evə doğru gedib.

Hadisə nəticəsində sözügedən şəxs ciddi xəsarətlər almayıb. O, xəstəxanaya yerləşdirilib və zəruri tibbi yardım göstərildikdən sonra növbəti gün evə buraxılıb.


Sizin reklam burada
Sizin reklam burada