Dörd yeniyetmə 38 yaşlı kişiyə hücum etdi, HƏBS EDİLDİ

Dörd yeniyetmə 38 yaşlı kişiyə hücum etdi, HƏBS EDİLDİ
18:40

Türkiyədə 38 yaşlı şəxsin pul və telefonu quldurluq yolu ilə ələ keçirilib.

News365.az xəbər verir ki, 4 yeniyetmə 38 yaşlı A.A-ya küçədə hücum edərək onu döyüb.

Şübhəlilər zərərçəkənin 2 min lirəsini və mobil telefonunu götürüblər.

A. A uzaqlaşmağa çalışarkən ona üz nahiyəsindən təpik vurulub.

Polis 14 və 15 yaşlı iki şübhəlini saxlayıb. 

Araşdırma zamanı onların ümumilikdə 21 cinayət qeydinin olduğu müəyyənləşib. Şübhəlilər məhkəmə qərarı ilə həbs ediliblər.


Sizin reklam burada
Sizin reklam burada