Zelenski Ukrayna Quru Qoşunlarına yeni komandan təyin etdi - FOTO

Zelenski Ukrayna Quru Qoşunlarına yeni komandan təyin etdi - FOTO
17:20

Ukrayna Prezidenti Volodimir Zelenski general-mayor Svyatoslav Zaytsı Silahlı Qüvvələrin Quru Qoşunlarının yeni komandanı təyin edib.

News365.az xəbər verir ki, bununla bağlı dövlət başçısının 2 sentyabr 2026-cı il tarixli 853/2026 nömrəli sərəncamı Prezidentin rəsmi saytında dərc olunub.

Sənəddə deyilir: “Svyatoslav Anatolyeviç Zayts Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı təyin edilsin”.

Zelenskinin bundan əvvəl imzaladığı digər sərəncamla Gennadi Şapovalov Quru Qoşunlarının komandanı vəzifəsindən azad edilib.

Brigada generalı Svyatoslav Zayts Ukrayna Silahlı Qüvvələrinin Desant-Hücum Qoşunlarının tərkibindən çıxıb. 2014-cü ildə Rusiya hərbçilərinin Krıma daxil olduğu vaxt o, yarımadada təlimlərdə iştirak edib.

Həmin dövrdə Zayts 25-ci hava-desant briqadasının kəşfiyyat bölüyünə komandirlik edib. O, bölməni Ukraynanın materik hissəsinə çıxarıb və daha sonra Desant-Hücum Qoşunlarında xidmətini davam etdirib.

Zayts Ukrayna Silahlı Qüvvələrinin Desant-Hücum Qoşunlarının 8-ci korpusunun qərargah rəisi və komandir müavini vəzifələrində də çalışıb. 2026-cı ilin aprelində isə 20-ci Ordu Korpusunun komandanı təyin olunub.

Qeyd edək ki, sabiq komandan Gennadi Şapovalov Quru Qoşunlarının rəhbərliyinə 2025-ci ilin iyununda təyin edilmişdi. Ondan əvvəl bu vəzifəni Mixail Drapatıy tuturdu.



Sizin reklam burada
Sizin reklam burada