DÇ-2026: Azərbaycan millisi tsiklə İslandiyada start verir

DÇ-2026: Azərbaycan millisi tsiklə İslandiyada start verir
09:49

Azərbaycan milli komandası 2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində ilk oyununa çıxır.

Yığmamız açılış oyununu bu gün səfərdə İslandiyaya qarşı keçirəcək.

Qarşılaşma Reykyavikdəki “Lauqardalsvöllur” stadionunda baş tutacaq.

Qarşılaşmanın start fitini niderlandlı referi Sander van der Eyk Bakı vaxtı ilə saat 22:45-də səsləndirəcək.

Fernandu Santuşun rəhbərlik etdiyi komanda tsiklə uğurlu start vermək əzmindədir. Onu da əlavə edək ki, 2024-cü ilin yayından millinin baş məşqçisi vəzifəsini yerinə yetirən portuqaliyalı mütəxəssis hələ qələbə sevinci yaşamayıb.

Azərbaycanın qrupdakı digər rəqibləri - Ukrayna və Fransa yığmaları da bu gün Bakı vaxtı ilə saat 22:45-də üz-üzə gələcəklər.

Qeyd edək ki, milli növbəti oyununu sentyabrın 9-da Ukraynaya qarşı keçirəcək. Görüş Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. 

DÇ-2026, seçmə mərhələ
D qrupu, 1-ci tur
5 sentyabr

22:45. İslandiya – Azərbaycan
Hakimlər: Sander van der Eyk, Rens Blümink, Stefan de Qroot və Mark Naqteqaal (hamısı Niderland).
Reykyavik. “Lauqardalsvöllur” stadionu


Sizin reklam burada
Sizin reklam burada