Daxili İşlər Nazirliyində xidmətə qəbul prosesi davam edir

Daxili İşlər Nazirliyində xidmətə qəbul prosesi davam edir
11:18

DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı keçirilib.

​Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyulun 27-də respublikanın şəhər, rayon polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.

Bakı şəhərində keçirilən sıra baxışında Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 167 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.

Gənclər qarşısında çıxış edən nazir V.Eyvazov seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.


Sizin reklam burada
Sizin reklam burada