Əməkdar artist Coşqun Rəhimov “Mister Bin” obrazını canlandıran Rouan Atkinson barədə maraqlı açıqlama verib.
News365.az xəbər verir ki, O, verilişdə çıxışı zamanı bildirib ki, axmaq bir vəziyyətdə tamaşaçını güldürən adama aktyor demək düzgün olmaz:
“Ancaq Mister Bindir. Bunu onun canından çıxarmaq olmur. Bəlkə də insan həyatda belədir. Çox bəsit, sadə vəziyyətdə elə gülüş yaradır ki, formadan itmədən… Yeni beləsinə aktyor demirlər. ‘Mister Bin’ tapılmış bir formadır, ömür boyu eyni qəlbdə tamaşaçıya nümunə etdirdib. Biz bu insanı aktyor sənəti, aktyor məharəti olan bir insan kimi təqdim edə bilmərik,” – deyə Coşqun Rəhimov qeyd edib.
News365.az