Cokoviçdən rekord addım – Federerə yetişdi

Cokoviçdən rekord addım – Federerə yetişdi
17:20

Serbiyalı tennisçi Novak Cokoviç Uimbldon turnirində qazandığı qələbələrin sayına görə Rocer Federerin rekorduna şərik olub.

News365.az APA-ya istinadən bildirir ki, Cokoviç üçüncü mərhələdə fransalı Artur Rinderkneşi 7:5, 6:4, 1:6, 7:6 hesabı ilə məğlub edərək Uimbldonda 105-ci qələbəsini qazanıb və bu göstəricidə Rocer Federerin rekordunu təkrarlayıb.

Serbiyalı tennisçi növbəti mərhələdə rusiyalı Roman Safiullinə qalib gələcəyi təqdirdə turnirin tarixində bu göstərici üzrə yeganə rekordçu olacaq.

Cokoviç Böyük Dəbilqə turnirlərində ümumilikdə 407 tək oyun qələbəsi ilə də rekordun sahibidir


Sizin reklam burada
Sizin reklam burada