ChatGPT aylıq 5.5 milyard istifadəçi ilə dünyanın ən çox istifadə olunan süni intellekt platformasına çevrilib.
News365.az xəbər verir ki, sıralamanın İkinci pilləsində Google Gemini (527.7 milyon), üçüncü yerdə isə Adobe (323.3 milyon) qərarlaşıb.
Siyahıda həmçinin Perplexity, Claude, Freepik və ElevenLabs kimi platformalar da yer alır.
Mütəxəssislər bu artımı süni intellektin gündəlik həyat və iş proseslərində sürətlə yayılması ilə əlaqələndirib.