Ata Abdullayev də amnistiyaya düşür - Hüquq müdafiəçisi təsdiqlədi

Ata Abdullayev də amnistiyaya düşür - Hüquq müdafiəçisi təsdiqlədi
14:30

Sosial şəbəkələrdə qalmqalallı bloger Ata Abdullayevin də amnistiyaya düşdüyü barədə məlumat yayılıb. Hətta onun artıq azadlığa çıxıdığı da iddia olunub,

Hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib ki, Ata Abdullayevin amnistiyaya düşməsi gözlənilir.

Onun sözlərinə görə, A.Abdullayevin məhkum olunduğu maddə amnistiya aktının şərtlərinə uyğundur.

17 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Ata Abdullayev 2021-ci ilin martında həbs edilib. 

Ona Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il müddətinə azadlıqdan məhrum olunub.


Sizin reklam burada
Sizin reklam burada