Elektron siqareti qadağan etmək nəyi dəyişəcək?- Tural İrfan yazır

Elektron siqareti qadağan etmək nəyi dəyişəcək?- Tural İrfan yazır
09:50
Elektron siqaret tamamilə qadağan edilməlidir. Onun çox ağır fəsadları olacaq. Əsasən orta məktəb şagirdləri arasında yayıblar. Məktəblərin yaxınlığındakı guya qəzet satmaq üçün nəzərdə tutulan köşklər yeniyetmələrə siqaret, elektron qəlyan satmaqla məşğuldur.
Özü də həmin köşklər ölkədə yeganə müəssisədir ki, istədikləri qiyməti qoya bilirlər. Əsasən şəhərin mərkəzə doğru olan hissələrində həmin köşklərdə hər şeyin qiyməti az qala ikiqatdır. Bu da o deməkdir ki, ya tamamilə nəzarət yoxdur ya da nəzarət edən qurum aylıq hesab alır. Yoxsa uşaqlara siqaret satan bircə köçkün cərimə olunduğunu görən olubmu? Yaxud suyu, kökəni standart qiymətdən baha satdığına görə hansısa tədbir görülübmü? Təəssüf ki, görülməyib.
Məktəblərin yaxınlığında siqaret köşkləri səpib şagirdlərə, yeniyetmələrə dənə yaxud qutu ilə siqaret satmaq, elektron qəlyana maraq yaratmaqla uşaqları zəhərləmək bahasına varlanmaq həvəzinə düşən məmurlar haqda cinayət məsuliyyəti müəyyən edilməyincə bu işlər yazı ilə, pozu ilə həll olunmaz.
Tural İrfan, MCP sədrinin müavini

Sizin reklam burada
Sizin reklam burada