Zəngəzur dəhlizinin reallaşması prosesində Ermənistan tərəfinin əsas çətinliyi ölkənin iqtisadi vəziyyətinin ağır olmasıdır.
Politoloq Fuad Heydərov News365.az-a açıqlamasında bildirib ki, 44 günlük Vətən müharibəsi zamanı Ermənistan yüklənmiş şəkildə Azərbaycanla rəqabət aparmağa çalışsa da, bu, mümkün olmayıb və ölkənin gücsüzlüyünü ortaya çıxarıb.

Heydərovun sözlərinə görə, hazırda Ermənistan iqtisadiyyatı çökmüş vəziyyətdədir. Ermənistanın Baş naziri Nikol Paşinyan isə vəziyyətin öhdəsindən gəlmək üçün əlimdən gələni edir.
Politoloq vurğulayıb ki, nəticə etibarilə Ermənistan iqtisadiyyatının bərpası və Azərbaycanla əməkdaşlıq qurması Zəngəzur dəhlizində tikinti işlərinin başlanmasına müsbət təsir göstərəcək. Onun sözlərinə görə, yaxın zamanlarda dəhlizin açılması ilə bağlı müəyyən işlərin aparılması gözlənilir.