Tibb işçilərinin əməkhaqqılarında kəskin artım: Rəqəmlər açıqlandı

Tibb işçilərinin əməkhaqqılarında kəskin artım: Rəqəmlər açıqlandı
13:59

Son illər səhiyyə sektorunda həyata keçirilən islahatlar tibb işçilərinin əməkhaqqılarında ciddi artımla müşayiət olunub. Rəsmi açıqlamalara görə, həkimlərin gəlir səviyyəsi ölkə üzrə orta əməkhaqqısını xeyli qabaqlayaraq əhəmiyyətli dərəcədə yüksəlib.

News365.az-ın məlumatına əsasən, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov 2025-ci ilin yekunlarına və qarşıdakı dövr üçün planlara həsr olunmuş brifinqdə bildirib ki, 2020-ci illə müqayisədə həkimlərin orta aylıq əməkhaqqısı 2025-ci ildə 1 850 manata çatıb. Bu göstərici beş il ərzində 371 faiz artım deməkdir.

Qurbanov qeyd edib ki, əməkhaqqılarında artım yalnız həkimlərlə məhdudlaşmayıb. Orta və kiçik tibb heyətinin maaşları da müvafiq olaraq 96 və 78 faiz yüksələrək daha sabit və əvvəlcədən proqnozlaşdırılan gəlir səviyyəsinə çatıb.

Onun sözlərinə görə, səhiyyə işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması dövlətin prioritet istiqamətlərindən biridir. Bu çərçivədə tətbiq olunan stimullaşdırıcı mexanizmlər, Vahid Tarif Cədvəlinə uyğun tarif maaşları və şəffaf əməkhaqqı sistemi tibb işçilərinin rifahına real təsir göstərib. Nəticədə, səhiyyə sahəsində kadrların qorunub saxlanılması, peşəyə marağın artması və göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəlməsi təmin olunub.

News365.az


Sizin reklam burada
Sizin reklam burada