Sosial şəbəkələrdə yeni QADAĞA: Bu şəxslər məsuliyyətə cəlb olunacaq

Sosial şəbəkələrdə yeni QADAĞA: Bu şəxslər məsuliyyətə cəlb olunacaq
15:05

Sosial şəbəkələrdə nalayiq və əxlaqsız videoların paylaşılmasına, eləcə də nalayiq ifadələrdən istifadəyə görə məsuliyyətin nəzərdə tutulması normal haldır. Bu cür tənzimləmələr bir çox ölkələrin qanunvericiliyində mövcuddur. Lakin əsas məsələ ondan ibarətdir ki, qanunda istifadə olunan anlayışlar dəqiq və aydın şəkildə müəyyənləşdirilməlidir. Xüsusilə bədən hissələrinin nümayişi, nalayiq ifadələr və oxşar anlayışların nələri əhatə etdiyi konkretləşdirilməlidir”.

News365.az xəbər verir ki, bunu demokrat.az-a açıqlamasında hüquqşünas Sahib Məmmədov deyib.

O, bildirib ki, əks halda, bu cür qeyri-müəyyən ifadələr suistifadə hallarına yol aça bilər:

“Halbuki normativ hüquqi aktlar haqqında Konstitusiya qanununa əsasən, qanunvericilikdə suistifadəyə imkan yaradan müddəalar olmamalıdır. Əgər İnzibati Xətalar Məcəlləsinə bu istiqamətdə dəyişikliklər edilirsə və müvafiq qanunlara yeni ifadələr daxil edilirsə, həmin anlayışların hüquqi izahı da verilməlidir. Məsələn, “bədən hissələrinin nümayişi” dedikdə konkret olaraq hansı hissələrin nəzərdə tutulduğu aydın şəkildə göstərilməlidir ki, sonradan hüquq tətbiqi praktikasında problemlər yaranmasın”


Sizin reklam burada
Sizin reklam burada