2025-ci ildə vəzifədən uzaqlaşdırılan məmurlar – SİYAHI

2025-ci ildə vəzifədən uzaqlaşdırılan məmurlar – SİYAHI
11:14

Yola saldığımız 2025-ci il bir sıra hadisələrlə yadda qaldı.

Sözügedən hadisələrə həm də bir sıra məmurların vəzifədən azad edilməsi aiddir. News365.az xəbər verir ki, 2025-ci ildə ən səs-küylü hadisələrdən biri də Ramiz Mehdiyev məsələsi oldu.

Belə ki, Ramiz Mehdiyev uzun illər yüksək statuslu siyasətçi olsa da (Prezident Administrasiyasının sabiq rəhbəri), 2025-ci ilin payızında çoxsaylı ittihamlarla üzləşdi və ev dustaqlığına məhkum edildi.

Daha sonra İslam Rzayev – Balakən Rayon İcra Hakimiyyəti başçısı Dövlət Təhlükəsizlik Xidmətinin əməliyyatı nəticəsində saxlanıb və 14 il çalışdığı vəzifədən azad edilib.

Vəzifədən çıxarılan məmurlara əlavə olaraq isə Prezidentin mətbuat katibi vəzifəsindən azad edilən Azər Qasımovu demək olar.

O cümlədən Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən, Nadir Qarayev isə Dövlət Xəzinədarlıq Agentliyi 1-saylı xəzinədarlıq şöbəsinin rəhbəri vəzifəsindən azad olunub.

Həmçinin Xəyalə Dadaşova Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin müavini vəzifəsindən azad edilib. 


Sizin reklam burada
Sizin reklam burada