Tayland–Kamboca münaqişəsində razılaşma əldə olunmadı

Tayland–Kamboca münaqişəsində razılaşma əldə olunmadı
14:11

Taylandla Kamboca arasında davam edən gərginliyin azaldılması istiqamətində aparılan danışıqlar nəticə verməyib. Tərəflər atəşkəsə dair ortaq mövqeyə gələ bilməyiblər.

News365.az xəbər verir ki, ASEAN Xarici İşlər Nazirləri Görüşü çərçivəsində Malayziyanın Kuala-Lumpur şəhərində keçirilən müzakirələrdə sərhəddəki vəziyyət əsas gündəm mövzularından biri olub. Lakin aparılan təmaslara baxmayaraq, tərəflər arasında razılaşma əldə olunmayıb.

Qeyd edək ki, dekabrın 7-dən etibarən yenidən alovlanan sərhəd qarşıdurmaları ağır humanitar nəticələrə yol açıb. Son məlumatlara görə, toqquşmalar zamanı 44 nəfər həyatını itirib, 900 mindən artıq sakin yaşadığı əraziləri tərk etmək məcburiyyətində qalıb.

Mövcud vəziyyət regionda təhlükəsizliklə bağlı narahatlıqları daha da artırır və gərginliyin nə vaxt səngiyəcəyi hələlik qeyri-müəyyən olaraq qalır.

News365.az


Sizin reklam burada
Sizin reklam burada