Andrey Malaxov Roza Zərgərliyə sevgisini etiraf edib- VİDEO

Andrey Malaxov Roza Zərgərliyə sevgisini etiraf edib- VİDEO
12:10

Teleaparıcı Andrey Malaxov "İstədim" mahnısı viral olan və qlobal “Shazam” siyahılarında birinci yeri tutan Azərbaycanlı müğənni Roza Zərgərlini "Salam, Andrey!" verilişinə dəvət edib.

Rozanın hədiyyə olaraq Bakıdan nar və heyva mürəbbəsi gətirdiyi Andrey Malaxovda nostalji hislər oyadıb. Əvəzinda Azərbaycanlı ifaçı onu və dostlarını  "Odlar Yurdu"nun paytaxtına dəvət edib. Və onlara ən ləzzətli qayğanağı harada olduğununu da söyləyib.

Müğənni həmçinin hit mahnısını efirdə ifa edib. Rozanın sözlərinə görə, o, mahnısının viral hala gələcəyini və milyonlarla tamaşa alacağını heç vaxt ağlına belə gətirməmişdi ki, bu da sonda onun pərəstişkar bazasını genişləndirdi. Andrey Malaxov etiraf edib ki, o da Rozanın pərəstişkarıdır, onun qarşısında diz çöküb və əllərini öpüb.

Qeyd edək ki, bu ilin mart ayında Roza Zərgərli məşhur Azərbaycan musiqi prodüseri, müğənnisi və bəstəkarı BahhTee tərəfindən idarə olunan Rusiyanın Lotus Music musiqi leyblinin sənətçisi olub. "İstədim" hiti bu əməkdaşlığa təkan verib.


News365.az


Sizin reklam burada
Sizin reklam burada