Yaponiya dəniz donanmasının modernləşdirilməsi istiqamətində genişmiqyaslı addımlar atır.
News365.az xəbər verir ki, ölkə eyni vaxtda suüstü hərbi gəmilər, sualtı qayıqlar, raketdən müdafiə və zərbə sistemləri üzrə yenilənmə proqramlarını icra edir.
Rəsmi məlumatlara görə, Tokio dəniz təhlükəsizliyini gücləndirmək məqsədilə hərbi-dəniz qüvvələrinin texniki imkanlarını artırır. Bu proses təkcə plan və sənədlərlə məhdudlaşmır, artıq real istehsal və silahlanma mərhələsinə keçib.
Mütəxəssislər bildirirlər ki, Yaponiyanın bu addımı regionda artan təhlükəsizlik riskləri fonunda dənizdə müdafiə və çəkindirmə potensialını yüksəltməyə xidmət edir.