“Avropada azı 197 uşaq xərçəng xəstəliyinə
meylli donor spermasından doğulub. Uşaqların çoxu artıq xərçəngə yoluxub, bəziləri vəfat edib.
Bu donorun spermasından 14 ölkənin 67 klinikasında istifadə olunaraq qadınlar
doğuzdurulub. Hələ bizdən fərqli olaraq Avropada anonim donorluq qadağandır (uşağın
atasını tanımaq hüququ qorunur), bir sıra ölkədə bir donordan istifadənin
limiti və sair məhdudiyyətlər var. Məsələn, Belçikada bir donordan yalnız 6 dəfə
istifadə oluna bilər. Lakin həmin donordan Belçikada 38 qadın 53 uşaq doğub. Yəni
nəzarət edə bilmirlər”.
Bunu News365.az -a açıqlamasında hüquqşünas Əkrəm Həsənov
deyib. O bildirib ki, indi isə təsəvvür edin ki, Azərbaycanda belə limit ümumiyyətlə
yoxdur:
“Hansısa pulgir istənilən qədər uşağın atası
ola bilər bizdə. Özü də
Avropadan fərqli olaraq tam anonim. Həmin uşaqlar nəinki xəstə doğula, bir-biri
ilə evlənə də bilər. Çünki bizdə bu məsələ üzrə heç bir qayda və nəzarət
yoxdur. 6 aydır ki, bizdə əmi, dayı, bibi və xala uşaqlarının evlənməsini
yasaqlayıblar ki, genetik xəstəliklər olmasın. Amma anonim donor spermasından
kim nə qədər istəyir xəstə doğa bilər, sonra da doğulanlar evlənə bilər. Bizdə
heç Avropada olan məhdudiyyətlər yoxdur. Olsaydı da, Avropa bu məsələyə nəzarət
edə bilmir heç, biz necə edəcəyik? Bizdə hətta ərləri aldadıb arvadlarını
anonim donorlardan doğuzdururlar…”